"Övladının gözünə baxa bilmirik" -
    • 23-01-2023, 11:27
    • 169

"Övladının gözünə baxa bilmirik" - "Deyir, xala nə süprizdir, hamınız gəlirsiniz?...."

"Çox həyat eşqi ilə dolub-daşan bir insan idi. Həmişə gülərüz, şirin-şıltaq bir insan idi".

Bu sözləri  News24.az-a açıqlamasında Əməkdar artist Tünzalə Əliyevanın bacısı deyib.

"Təəssüflər olsun ki, bizə söz verdi və əməl etmədi. Artıq bir həftə idi danışa bilmirdik. Böyük bacım yanında qalırdı. Onun vasitəsilə yazırdı, görüntü atırdı. Səsi batandan sonra biz yazışdıq, ondan sonra yazışa bilmədik. Çünki heyi yox idi yazmağa. Söz vermişdi ki, yaşamalıyam. Hamımızın boynu-bükük qoyub getdi. Övladının hələ də xəbəri yoxdur. Axşam gözünə baxa bilmirik. Deyir, xala nə süprizdir, hamınız gəlirsiniz? Çox çətindir. Bir onu deyə bilərəm ki, insanların yaddaşında yaxşı qalacaq. Bircə təsəlli odur ki, onun çəkildiyi səhnələrlə yadda qalacaq". 

Qumral