Tacqoyma mərasimi zamanı etiraz aksiyası keçiriləcək
    • 23-01-2023, 12:16
    • 236

Tacqoyma mərasimi zamanı etiraz aksiyası keçiriləcək

Kraliça II Yelizavetanın ölümündən sonra taxt-tacın yeni sahibi Kral III Çarlz üçün mayın 6-8-i arasında keçiriləcək tacqoyma mərasiminin təfərrüatları açıqlanıb.

News24.az xəbər verir ki, təfərrüatları bəlli olduqdan sonra İngiltərədə krallıq əleyhdarları ölkənin 73 yaşlı yeni monarxı Kral III Çarlzın tacqoyma mərasimində etiraz aksiyası keçirəcəklərini açıqlayıblar.

Təntənəli tacqoyma mərasiminə qarşı çıxanlar bunu ölkədə yüksək inflyasiya ilə mübarizə aparan milyonlarla insanın "üzünə sillə" kimi dəyərləndirib. 

“Respublikaçı Kampaniya Qrupu” dinc nümayiş keçirmək üçün London polisinə müraciət ünvanlayıblar. 

Bu aksiya Kral III Çarlzın Vestminster Kilsəsindəki tacqoyma mərasimi zamanı ora yaxın ərazdə keçiriləcək. /CNN Türk/

Teymur MƏMMƏDOV