ABŞ-də atışma: 2 şagird həlak oldu
    • 24-01-2023, 02:17
    • 198

ABŞ-də atışma: 2 şagird həlak oldu

ABŞ-nin Ayova ştatında təhsil ocaqlarının birində baş verən atışmada 2 şagird həlak olub.

Bu barədə yerli polis məlumat yayıb.

“İki şagird ölüb, məktəbin bir əməkdaşı yaralanıb və əməliyyatdadır”, - jurnalistlərə çavuş Pol Paritesk deyib.

Bildirilib ki, faktla bağlı 3 şübhəli saxlanılıb. /Report/