Kim Çendən Trampa cavab: “Dəli qoca...”
    • 24-01-2023, 14:16
    • 193

Kim Çendən Trampa cavab: “Dəli qoca...”

ABŞ-nin eks-prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İni “Little rocket man” (kiçik raket adam) adlandırıb.

News24.az xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş dövlət katibi Mayk Pompeo öz memuarında yazıb.

Keçmiş Dövlət Katibinin “Heç vaxt bir qarış vermə: Sevdiyim Amerika üçün mübarizə” kitabında yer alan məlumata görə, Tramp 12 iyun 2018-ci ildə Sinqapur sammitində yemək zamanı Kimdən Elton Conun kim olduğunu soruşub. Kim Çen İn tanımadığını bildirdikdən sonra Tramp britaniyalı müğənninin 1972-ci ildə hit olan “Rocket Man” mahnısından danışıb. 

Tramp izah edib ki, bu mahnı onu Kimə ləqəb verməyə ruhlandırıb.

Kim isə qeyd edib ki, “raket adam” olar, amma “balaca” yox. Kim Çen İn də Trampı “dəli qoca” adlandırıb.

Məlumat üçün qeyd edək ki, Tramp ilk dəfə 2017-ci ildə Tvitterdə Kimi açıq şəkildə kiçik Raket Adam” adlandırıb. O, bu ləqəbi BMT Baş Assambleyasındakı çıxışı və prezidentliyi müddətində təkrarlayıb. /Yahoo.com/