-
- 25-01-2023, 10:22
- 223
Sosial ödənişlərində artımlar avtomatik şəkildə tətbiq olundu
Pensiya, müavinət və təqaüdlərin təyinatı kimi, həmin ödənişlərdə artımların edilməsi də vətəndaşların hər hansı quruma müraciət etməsinə, sənəd təqdim olunmasına ehtiyac olmadan elektron sistemlər üzərindən avtomatik şəkildə aparılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən News24.az-a verilən xəbərə görə, 2022-ci ilin əvvəlindən pensiyaçılara ödənilən maddi yardımlar bu ilin əvvəlindən pensiyaları tərkibinə daxil edilməklə ümumilikdə 1 milyon 115 min insana yönələn pensiyaların, habelə 660 min insana yönələn müavinət və təqaüdlərin artırılması təmin edilib.
Beləliklə, bu ilin əvvəlindən pensiya, müavinət və təqaüdlər üzrə 1,8 milyona yaxın şəxsin sosial ödənişlərində edilən həmin artımlar da onların hər hansı müraciətinə ehtiyac olmadan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən e-qaydada aparılıb.
Növbəti mərhələdə bütün növ pensiyaların ötən il üzrə müəyyən ediləcək orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilərək artırılması təmin olunacaq.Həmin pensiya artımları, habelə vətəndaşların pensiya kapitalının indeksləşdirilərək artırılması da e-sistemlər üzərindən avtomatik şəkildə həyata keçiriləcək.