İlk sevgimizi illər sonra yuxuda niyə görürük?
    • 26-01-2023, 09:47
    • 476

İlk sevgimizi illər sonra yuxuda niyə görürük?

Sevgilisindən ayrılanlar nadir hallarda həmin dövrü depressiyasız keçrir. Bəzi insanlar keçmiş sevgililərinə nifrət edir, digərləri onun üçün darıxır, başqaları isə hər şeyin hələ də düzələcəyinə ümid edir.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, somnoloq Lori Levenberq ayrılan cütlüklərin illər keçsə də ilk sevgililərini yuxuda görmələrinə aydınlıq gətirib. 

O bildirib ki, belə bir yuxu aranızda baş verənləri deyil, ruhunuzdakıları əks etdirir: "Bu, 10, hətta 20 il əvvəl həyatınızda olan, lakin hələ də yuxularınızda gördüyünüz biri ola bilər. İlk sevginizi yuxuda görməyiniz, onun üçün darıxdığınız işarə deyil. Gözəl hissləri, həyəcanı, ehtirası, həmişə birlikdə olmaq arzusunu xatırlamaq üçündür. İlk məhəbbət obyekti bu hissləri psixikada proyeksiya edir. Buna görə də, indiki münasibətiniz əvvəlki ehtirasını itirdikdə və ya tənha olduğunuzda bu tip yuxular görə bilərsiniz. Bununla da şüuraltı olaraq sizə hisslərinizi xatırladır, keçmiş emosiyaları qaytarmağa və ya mövcud əlaqələri bərpa etmək üçün sizə kömək edir".

Teymur MƏMMƏDOV