"Azərbaycan səfirliyinə hücum həyasızcasına bir haldır" - Ukrayna səfiri
    • 27-01-2023, 14:02
    • 184

"Azərbaycan səfirliyinə hücum həyasızcasına bir haldır" - Ukrayna səfiri

"Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə hücumlar sistematik xarakter alır".

News24.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski "Facebook" hesabında bildirib.

"Təəssüf ki, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə hücumlar sistematik xarakter alır: bu gün Tehranda oxşar hadisə baş verib. Bu, dərin narahatlıq doğuran qəbuledilməz və həyasızcasına bir haldır. Azərbaycan səfirliyinə hücum faktı lazımınca araşdırılmalı, təqsirkar şəxslər məsuliyyətə cəlb edilməlidir. Cəzasızlıq yeni cinayətlərə yol açır", ukraynalı diplomat vurğulayıb.