-
- 24-01-2019, 16:20
- 888
Ukraynada soydaşlarımızın qəhrəmanlığı yerli əhalinin rəğbətinə səbəb olub - FOTO
Ukraynada yaşayan soydaşlarımızın qəhrəmanlığı yerli əhalinin rəğbətinə səbəb olub. Soydaşlarımız Umud və Sabir Şirinov qardaşları Ukraynanın Nikolayev şəhərində üç nəfəri yanan avtomobildən xilas etdikdən sonra əsl qəhrəmana çevriliblər.
U.Şirinov açıqlamasında bildirib ki, Zayçevskoye kəndi yaxınlığında qoşqu yük maşınından qopub və üç nəfərdən ibarət ailənin içərisində olduğu minik avtomobilinə çırpılıb. Qəzadan dərhal sonra maşın alışıb.
“Axşam saat 19:00 radələrində işdən qayıdan zaman yük maşınının arxası üstə çevrilmiş qoşqusunu gördük. Maşını saxladıq və gördük ki, 40 metr aralıda aşmış avtomobil yanır və onun içindən uşaq çığırtısı eşidilir. Yük maşınının sürücüsündən nəyə görə kömək etmədiyini soruşduq. Cavabında “artıq gecdir, özümü təhlükəyə ata bilmərəm” dedi. Ondan sonra avtomobilin içərisində olanları xilas etməyə başladıq”, - deyə Şirinov əlavə edib.
Şirinov qardaşları anlayıblar ki, hər bir saniyə qiymətlidir və həyatlarını təhlükə altında qoyaraq, yanan avtomobildən uşağı çıxarmağa tələsiblər. Maşının yan şüşələrini sındırsalar da, bir nəticə hasil olmayıb. Sonra arxadan yük yerinin qapısını sındıraraq, avtomobilə daxil olublar.
Bu dəfə onlar ağlayan 3 yaşlı uşağı və onun anasını avtomobildən çıxara biliblər. Maşında ön oturacaqların arasında ailə başçısı qalmışdı. Onu çıxarmaq praktiki olaraq qeyri-mümkün idi, alov isə boru vasitəsilə sürətlə qaz balonuna yaxınlaşırdı. Hamı qışqırırdı ki, qaçın, indi partlayış olacaq. Şirinov qardaşları isə aşkar təhlükəyə baxmadan yük yerindən içəri daxil olub, oturacaqları sındırıb və kişini dartıb çıxarıblar. O, huşsuz vəziyyətdə salonda ilişib qalmışdı.
Ailənin hər 3 üzvü xilas ediləndən təxminən bir dəqiqə sonra maşındakı qaz balonu partlayıb.
Təcili yardım maşını ailəni xəstəxanaya aparandan sonra da Şirinov qardaşları sakitləşməyiblər və onlarla birgə gediblər. Uşağın sağalması üçün maddi yardım göstəriblər.
Qeyd edək ki, soydaşlarımızın qəhrəmanlığı Ukraynanın KİV-ləri tərəfindən geniş işıqlandırılıb.
//AZƏRTAC