Prezident İlham Əliyev Şirinov qardaşlarını mükafatlandırdı - FOTO
    • 1-02-2019, 13:36
    • 873

Prezident İlham Əliyev Şirinov qardaşlarını mükafatlandırdı - FOTO

Sabir Adil oğlu Şirinov və Umud Adil oğlu Şirinov “İgidliyə görə” medalı ilə təltif ediliblər.

Bu barədə müvafiq sərəncamı fevralın 1-də prezident İlham Əliyev imzalayıb.
Umudov qardaşları həyatları təhlükəyə məruz qalmış insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə mükafatlandırılıblar.

Xatırladaq ki, hadisə yanvarın 19-da Ukraynanın Zayçevski kəndi yaxınlığında baş verib. Qardaşlar yanan avtomobildən üç nəfərdən ibarət ailəni xilas ediblər.

News24.Az