-
- 25-01-2019, 17:41
- 1 181
Nikolayevdə yanan ailəni xilas edən azərbaycanlılar mükafatlandırılıb
Ukraynanın Nikolayev vilayət Şurasının başçısı Viktoriya Moskalenko Ukraynada yanan avtomobildən bir ailəni xilas edən azərbaycanlı Ümid və Sabir Şirinov qardaşları “Müqəddəs Nikolay Xaçı” ordeni ilə mükafatlandırıb.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri, Ukrayna Mİllətlər Assambleyasının (UMA) prezidenti Rövşən Tağıyev bildirib ki, mükafatlandırma BUAK-ın Nikolayevdəki təmsilçiləri Yunus Əliyevin və Anar Axudnovun iştirakı ilə baş tutub.
Koqnres üzvləri olan qardaşlara diasporun adını şərəfləndirdiklərinə görə təşəkkür edilib. Yanan avtomobildən 3 yaşlı Maksimi və onun valideynlərini xilas edən Şirinovlar ailənin bütün xəstəxana xərclərini də özləri qarşılayır. BUAK üzvləri olan qardaşların mükafatlandırma mərasimi zamanı Moskalenko onlara bildirib: “Hörmətli Ümid və Sabir! Mən sizə ürəkdən təşəkkürümü bildirmək istəyirəm. Bütün Nikolayev sizin necə qəhrəmanlıq göstərdiyinizdən danışır. Mən fəxr edirəm ki, siz Nikolayevdə yaşayırsınız və bizim həmyerlimiz, cəmiyyətimizin bir üzvüsünüz. Regionumuzda yaşayan bütün milli azlıqların dostluğunu dəstəkləyirəm”. Qeyd edək ki, hadisə yanvarın 19-da baş verib. Ailə hazırda xəstəxanada müalicə olunur.
//Report