Arda Turan üzr istədi... - FOTO
    • 24-01-2019, 19:05
    • 874

Arda Turan üzr istədi... - FOTO

Türk müğənnisi Betül Demir ötən gün dünyasını dəyişən Türkiyənin korifey sənətkarı Ayşen Gruda ilə bağlı xatirəsini bölüşüb.

Sənətkarla "Sevgi muzikali"ndə rol alan B. Demir Grudanın son ad günündə baş verən maraqlı anı belə xatırlayıb:

"Ayşen xanın son doğum gününü Karaköydəki bir restoranda qeyd edirdi. Biz söhbət edərkən yandakı masadan musiqi səsi gəldi. Arabesk mahnı çalınırdı. Ayşen xanım "kimdir bu?" deyə bağırdı. Bir də baxdıq ki, musiqi səsi gələn masada Arda Turan var. O dəqiqə "Arda" deyə, yanına çağırdı. Musiqinin səsini yüksəkdən açdıqları üçün əsəbləşdi onlara. Arda da gəlib üzr istədi və musiqinin səsini aldılar"

News24.Az