16 illik polisdən qaçışa son - Mafiya üzvü görün, harada ələ keçdi
    • 3-02-2023, 16:25
    • 177

16 illik polisdən qaçışa son - Mafiya üzvü görün, harada ələ keçdi

İtaliyada iki nəfəri öldürdüyü üçün ömürlük həbsə məhkum edilən və mafiya üzvü olduğu bildirilən Edqardo Qreko 16 il polisdən gizləndikdən sonra Fransada saxlanılıb

News24.az
İtaliya mətbuatına istinadən xəbər verir ki, Qreko Pugliadan olan cinayətkar Paolo Dimitri adı ilə Saint-Etienne-də bir pizza restoranında işləyib.

Qreko 1991-ci ilin yanvarında iki qətlə və 1991-ci ilin iyulunda adam öldürməyə cəhdə görə ömürlük həbs cəzasına məhkum edilib.

Onun yaşadığı Kozenza şəhərinin ən mühüm klanı olan Perna-Prannonun üzvü olduğu bildirilir. /CNN Türk/

Teymur MƏMMƏDOV