-
- 3-02-2023, 17:33
- 262
Azərbaycanda uşaqlar arasında DONUZ QRİPİ yayılır? – HƏKİM AÇIQLADI
Öncəki yazımızda qeyd etdiyimiz kimi, hazırda paytaxt və ətraf ərazilərdə uşaqlar arasında sürətlə qrip virusu yayılır. Ötən ilin sonlarından başlayan virus məktəblərdə şagirdlərin davamiyyətinə də ciddi təsir göstərib.
Maraqlısı isə budur ki, bəzi həkimlər bu virusun “donuz qripi” olduğunu iddia edirlər. Elə virusun əlamətlərini nəzər yetirsək, “donuz qripi” ilə eyni olduğunu müəyyən edərik.
Maraqlıdır, yayılan virus həqiqətən “donuz qripi”dir?
Məsələ ilə bağlı Lent.az-a açıqlama verən pediatr Qoşqar İsmayılov qripə yoluxmanın mart ayının ortalarından azalacağını deyib:
“Əsasən uşaqlar arasında yayılan “influenza” adlanan virus mart ayında səngiyəcək, aprel ayında isə tamamilə bitəcək. Amma uzun illər təcrübəm əsasında deyə bilərəm ki, virusun sürətlə yayılması immunitet azlığından irəli gəlir. Eyni zamanda, valideynlər virusa yoluxan uşağını bağçaya, məktəbə göndərir. Elə sürətlə yayılma da qapalı məkanlarda olur.
Klinik olaraq əlamətlərə baxsaq, yüksək hərarət, öskürək, burun axma, boğaz ağrısı və bununla yanaşı, rotavirusun da əlamətləri olduğu üçün bəzi insanlarda ishal və qusma halları da müşahidə edə bilərik. Bunların yaranması qidalanmanın, yuxu rejiminin, immun sisteminin düzgün olmamasından irəli gəlir. Həmçinin, peyvəndlərin zamanında vurulmaması, həkimə müraciətin edilməməsi də əsas səbəblərdəndir. Bir sözlə, məsuliyyətsizlik və diqqətsizlik belə virusların sürətlə yayılmasına səbəb olur”.
Pediatr bu virusun “donuz qripi” ola biləcəyini açıqlayıb:
“Bizdə yeni ştamlara yoluxma yoxlanılmır. Xarici ölkələrdə hazırda donuz, quş qripi, koronavirusun yeni ştamları, suçiçəyi yayılıb. Yəni elə bizdə və xarici ölkələrdəki kimi bir virus deyil, bir neçə virus yayılıb.
“Donuz qripi” olması ilə bağlı rəsmi heç nə deyə bilmərəm. Nazirlik bu barədə müayinə aparıb, açıqlama verməlidir. Amma əlamətlərin hər biri “donuz qripi” ilə eynidir”.