Goranboyda qanunsuz ov tüfəngləri götürüldü
    • 4-02-2023, 11:10
    • 158

Goranboyda qanunsuz ov tüfəngləri götürüldü

Goranboyda qanunsuz ov silahları müsadirə edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən News24.az- a verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir. Keçirilən müvafiq tədbirləri nəticəsində 10-a yaxın sakindən müvafiq sənədləri olmayan, müxtəlif markalı və kalibirli ov tüfəngləri aşkar edilərək götürülüb. Silah sakinləri ilə profilaktiki söhbət aparılıb, barələrində inzibati tədbir görülüb.