" Dərdinə qurban..." - Bakı Türkiyə üçün səfərbərdir - FOTO - VİDEO
    • 8-02-2023, 17:54
    • 377

" Dərdinə qurban..." - Bakı Türkiyə üçün səfərbərdir - FOTO - VİDEO

Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərər çəkənlərə yardım kampaniyası davam edir. Sosial vəziyyətindən, yaşından asılı olmayaraq az qala hər kəs yardım üçün tələsir. Təkcə maddi dəstək olmaqla yox, həm də ruhən qardaşlarımızın acısını paylaşırıq. Bu kampaniya həm də ruhu, canı, qəlbi bir olan Türkiyə - Azərbaycan dostluğunun təcəssümüdür. Türk insanının humanizmi, yardımsevərliyi, birliyinin rəmzidir. 

News24.az yardım kampaniyasının ikinci günündən hazırladığı süjeti təqdim edir: 

Qumral Əliyeva 
Nicat Niftəliyev 

Foto: Teymur Məmmədov