“Tərtər işi” ilə bağlı həbs olunan 4 nəfərin məhkəməsi başlayır
    • 10-02-2023, 15:58
    • 379

“Tərtər işi” ilə bağlı həbs olunan 4 nəfərin məhkəməsi başlayır

“Tərtər işi” ilə bağlı ittiham olunan 4 nəfər-Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

News24.az xəbər verir ki, toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclasının yaxın günlərdə keçiriləcəyi gözlənilir. İttiham olunan Vüsal Ələsgərov polkovnik, Rəşid Niftəliyev isə polkovnik-leytenantdır.

Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya təsdiq ediblər.

O da qeyd olunub ki, həmin iş üzrə istintaq davam edir.

Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. Sözügedən qərarlardan sonra aparılın istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş bir neçə hərbçi cinayət məsuliyyətinə cəlb olunub. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülərək barələrində həbs qətimkan tədbiri seçilib.