Merih Demiral: "Messinin formasından əldə olunan gəlir zəlzələ bölgəsinə bağışlanacaq"
    • 10-02-2023, 16:26
    • 159

Merih Demiral: "Messinin formasından əldə olunan gəlir zəlzələ bölgəsinə bağışlanacaq"

Xəbər verdiyimiz kimi, Türkiyə millisinin futbolçusu Merih Demiral zəlzələdən əziyyət çəkən insanlara dəstək olmaq üçün kampaniya başladıb.

News24.az xəbər verir ki, məşhur futbolçuları Türkiyəyə dəstək olmağa təşviq edən futbolçunun yeni ünvanı dünya ulduzu Lionel Messidir.

M.Demiral sosial media hesabında Lionel Messinin imzalı formasının satışa çıxarıldığını açıqlayıb. Hərrac nəticəsində satışdan əldə olunan vəsait zəlzələdən əziyyət çəkən insanlara göndəriləcək.

Qeyd edək ki, türkiyəli futbolçunun özü fəlakət bölgəsi üçün 1 milyon türk lirəsi ianə edib.