-
- 11-02-2023, 12:13
- 212
Zəlzələ ilə bağlı NASA-nın verdiyi görüntülər: Dünya tarixində belə fəlakət görülməyib
"NASA-nın PALSAR-2 peykindən verdiyi görüntülər çox dəhşətlidir".
Bu fikirləri News24.az-a açıqlamasında texnoblogger Fərid Pərdəşünas deyib.
"Zəlzələnin ən aktiv zərər vurduğu əraziləri piksellə ifadə edir. Hər piksel 30 metr enində məsafəni əhatə edir. Qırmızı piksellər demək olar ki, tamamilə dağılmış, sarı piksellər isə zərər görmüş hissələrdir. Və bura sadəcə mərkəzdir. Çünki ALOS-2 sahib olduğu texnologiya ilə sadəcə 70 km-lik ərazinin xəritəsini çıxarır. Bu peyk yer səthinə mikrodalğa göndərən bir radara sahibdir və o dalğanın dəyib, geri dönməsi ilə vəziyyəti analiz edə bilir. Əvvəlki nəticələr ilə, indiki nəticələri müqayisə edəndə miqyas çox böyük və dəhşətlidir. Bu zəlzələni Yaponiyanın dənizdə və dərinlikdə baş verən zəlzələri ilə müqayisə etmək də ən azı savadsızlıqdır. Torpaqda düz 18 km dərinlikdə, 7.8 bal. Sözsüz ki, Türkiyə tarixinin ən böyük fəlakəti hesab olunacaq. Razıyam, tikililər daha davamlı ola bilərdi. Daha yaxşı tədbir almaq olardı, amma bu fəlakət sadəcə dəhşətlidir".
Pikselləri daha yaxından izləmək üçün fotoları təqdim edirik:
Aynurə