-
- 11-02-2023, 14:20
- 291
Zəlzələ bölgəsindəki azərbaycanlı tibb işçisi: "Vəziyyət dəhşətlidir"
"Kahramanmaraşda vəziyyət dəhşətdir. Zəlzələ ilə bağlı burada qaz, su, işıq yoxdur. Mənfi 5 dərəcə soyuq qeydə alınıb".
News24.az xəbər verir ki, bu sözləri Azərbaycandan Türkiyəyə göndərilən təcili yardım briqadalarında çalışan tibb işçisi Könül Mustafayeva deyib.
Zəlzələ bölgəsindəki son vəziyyət barədə danışan tibb işçisi hazırda yaralılara ilkin tibbi yardım göstərdiklərini bildirib:
"Mərkəzdən bir az aralıdayıq. Mobil səhra hospitalı qurmuşuq, yaralılara ilkin yardım göstəririk. Yardım göstərdiyimiz insanlar arasında həm donvurmadan əziyyət çəkənlər, həm də zəlzələ nəticəsində sınıq və ya digər formada yaralananlar var. Həmçinin, hazırda çadırlarda qalanlara da yardım edirik ".
O, öz xilasedicilərimizin də xilasetmə işləri apararkən zədə, müəyyən yaralar aldığını və onlara da yardım göstərildiyini qeyd edib.//cebhe.info