Bakıda daha bir "Prius"dan analoqu olmayan qəza - VİDEO
    • 13-02-2023, 12:05
    • 203

Bakıda daha bir "Prius"dan analoqu olmayan qəza - VİDEO

Bakıda taksi fəaliyyətində geniş istifadə edilən "Toyota Prius" markalı avtomobillərin qaydalara məhəl qoymaması, tez-tez qəzalar törətməsi adi hala çevrilib.

News24.az xəbər verir ki, "Toyota Prius"un səbəb olduğu daha bir qəza Xətai rayonunda baş verib. Belə ki, şirkətlərdən birinə məxsus taksini idarə edən şəxs gəldiyi sürətlə yolun ortasındakı dairəyə çıxaraq və öz yolu ilə hərəkətdə olan digər maşına çırpılıb. Nəticədə avtomobillərə ciddi ziyan dəyib.
Hadisənin görüntülərini təqdim edirik:

Qeyd edək ki, taksi kimi istifadə edilən bəzi avtomobillərin həddindən çox qəza törətməsi və qaydaları pozması səbəbindən sığorta şirkətləri bəzi markalı avtomobilləri sığortalamaqdan boyun qaçırır.

Taleh BAĞIROV