Bakı məktəbində İYRƏNCLİK - Şagirdə qarşı əxlaqsızlıq edən müəllim saxlanıldı
    • 13-02-2023, 18:13
    • 826

Bakı məktəbində İYRƏNCLİK - Şagirdə qarşı əxlaqsızlıq edən müəllim saxlanıldı

Bakının Xəzər rayonu, Binə qəsəbəsində yeniyetməyə qarşı əxlaqsız hərəkətlər etmiş müəllim həbs edilib.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, Xəzər rayonunda yerləşən orta məktəblərdən birində idman müəllimi işləyən 1967-ci il təvəllüdlü Mikayıl Abbasov (ad və soyad şərtidir) məktəbli oğlanın anasının şikayəti əsasında tutulub. Onun barəsində Cinayət Məcəlləsinin 152.1-ci, yəni, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə maddəsi ilə iş açılıb.

Araşdırmalar zamanı məlum olub ki, həmin yeniyetmə M.Abbasovun işlədiyi məktəbdə təhsil alır. Belə ki, fiziki tərbiyə müəllimi dost münasibətində olduğu qadının evinə gedərkən onun oğlunun evdə tək olmasından və qızdırmalı halından istifadə edərək bu hərəkətləri edib.