Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib
    • 15-02-2023, 23:28
    • 210

Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib

Fevralın 15-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə News24.az-a Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən bildirilib.

Telefon danışığı əsnasında Ukrayna Prezidenti ölkəsinin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə və göstərilən humanitar yardımlara görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Söhbət zamanı dövlət başçıları beynəlxalq platformalarda əməkdaşlıq məsələsini də müzakirə ediblər.