-
- 19-02-2023, 13:36
- 232
Rusiyanı Münxen təhlükəsizlik konfransında KİMLƏR TƏMSİL EDİB?
Münxendə keçirilən beynəlxalq təhlükəsizlik konfransında Rusiya müxalifətinin nümayəndələri ilə görüş keçirilib.
News24.az xəbər verir ki, burada Mixail Xodorkovski, Harri Kasparov, Janna Nemtsova və “Memorial” hüquq müdafiə təşkilatının nümayəndəsi İrina Şerbakova iştirak ediblər.
Müzakirə Kremlə müxalifətdə olan siyasətçilərin Rusiyanın mümkün gələcəyi ilə bağlı fikirlərinə həsr olunub.
Harri Kasparov Ukraynanın müharibədə qələbəsini Rusiya cəmiyyətində istənilən müsbət dəyişikliklər üçün zəruri şərt adlandırıb. Onun fikrincə, rus xalqı artıq Putinin uduzduğunu başa düşməlidir. O, ilhaq edilmiş Krımın Ukraynaya qaytarılmasını anlaşmanın açarı adlandırıb. “Krım Putin mifologiyasının əsasıdır”, - deyən Kasparov Qərb ölkələrini Ukraynanın qələbəsinə hər cür töhfə verməyə çağırıb.
Mixail Xodorkovskinin fikrincə, Qərb hərbi əməliyyatların genişlənməsindən qorxmamalıdır. Onun sözlərinə görə, deeskalasiya və Kremlin şərtləri ilə barışıq qəbuledilməzdir.
“Bu o deməkdir ki, oğru qənimətini alıb qaça bilər ”, - deyə, Xodorkovski bildirib. O, prezident hakimiyyətinin zəiflədilməsini və hakimiyyətlərin bölünməsi prinsipinin gücləndirilməsini Rusiyanın uğurlu demokratik gələcəyinin açarı hesab edib.
Janna Nemtsova diqqəti Rusiyada çoxlarının Ukraynadakı müharibənin təfərrüatlarını bilməməsinə və onlarla maraqlanmamasına diqqət çəkib.
“Memorial”ın rəhbəri İrina Şerbakova da onu dəstəkləyib. Onun rəyinə görə, Qərb indiki Rusiya hökumətinin dağılması halında xaosdan qorxmamalıdır. Çünki bu cür qorxuları, əslində, Kremlin özü alovlandırır və onlara qalib gəlmək lazımdır.//musavat.com