-
- 20-02-2023, 12:11
- 206
“TikTok”da problem axtarmalı deyilik, gənclər... - Əhməd Qəşəmoğlu
“Dövrümüzdə cəmiyyət elə bir vəziyyətə gəlib ki, sosial şəbəkələr, internetin yaratdığı fürsətlər biz istəməsək də, artıq həyatımızın atributuna çevirilirlər. Bundan qurtulmağın isə 2 yolu var. Ya hər şeyə qadağa qoymalıyıq, qorunmalıyıq. Ya da bu məsələlərə əhəmiyyət vermədən gənclərin, cəmiyyətin inkişafı məqsədilə addımlar atmalıyıq.
Bu sözləri News24.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu söyləyib.
Ə.Qəşəmoğlunun fikrincə, “TikTok”un həm faydalı, həm də tənqid olunacaq tərəfləri var:
“Biz çalışmalıyıq ki, gənclərin formalaşmasına daha çox diqqət edək. Bu məsələni belə təsəvvür edək ki, şəhərdə bir yoluxucu xəstəlik yayılıb, ya özümüzü ətrafdan qoruyuruq, ya da immunitetimizi gücləndiririk. Birinci halda nə qədər qorunsaq da, o xəstəliyə yoluxacağıq, amma ikinci halda yoluxsaq belə yüngül keçirəcəyik. Ona görə də gənclərin və əhalinin keyfiyyəti məsələsinə önəm verməliyik. Biz gənclərə öz qabiliyyətlərini inkişaf etdirmək üçün şərait yaratsaq, başları özlərinə elə qarışacaq. “TikTok” kimi platformalara vaxt ayıra bilməyəcəklər. Bunu öz həyatımdan bilirəm. İşim çox olanda sosial şəbəkədə vaxt keçirə bilmirəm. Boş vaxtım olduqda isə istifadə edirəm, sosioloq gözüylə baxıram, müşahidələr aparıram”.
Sosioloq daha sonra fikirlərinə belə davam edib: “Bir zamanlar məktəblərdə alimlərlə, yazıçılarla görüş üçün şərait yaradılırdı. İndi isə orta məktəblərə girmək mümkün deyil. Təhsil sistemi Yazıçılar Birliyi ilə birgə layihə həyata keçirə bilər. Tələbələrlə, şagirdlərlə yazıçıların, akademiklərin, alimlərin görüşü keçirilməlidir. Bu cür təbəqələri bir-birindən uzaq saxladıqca, tənqid ediləcək nüansların daha çox şahidi olacağıq. Problemi “TikTok”da yox, gənclərin formalaşması ilə bağlı həyata keçirilən metodlarda görmək lazımdır”.
Humay İsgəndərova