-
- 21-02-2023, 13:20
- 285
“Xəstələnəndən sonra hər kəslə əlaqəni kəsmişdi”
“Ramiz müəllim xəstələndikdən sonra demək olar hamı ilə əlaqəni kəsmişdi. Neçə dəfə zəng etdim, nömrəsinə zəng çatmamışdı. Sonra mesaj gəlirdi ki, şəbəkəyə qayıdıb, amma geri dönmürdü”.
Bu sözləri News24.az -a mərhum Xalq artisti Ramiz Novruzla bağlı Əməkdar artist Dilarə Əliyeva deyib. O bildirib ki, son vaxtlar aktyorla danışa bilməyib:
“Təəssüf edirəm ki, Ramiz müəllim kimi böyük sənətkarımızı itirdik. O, həmişə yadımda zarafatcıl, gülən üzü ilə yadımda qalacaq. Hər dəfə görəndə insanlarla zarafat etməyə çalışırdı, deyib-gülməyi sevirdi. Yumor hissi olan insanları da çox sevirdi. Son zamanlar çox zəifləməsini də insanlardan gizlədirdi. Qəbri nurla dolsun, çox heyif ki, belə sənətkarlar nadir hallarda ekrana, teatra gəlirlər”.
Qumral ƏLİYEVA