-
- 21-02-2023, 18:52
- 293
Deputatlar ölüm hökmünün bərpasına səs verdilər
Belarusda deputatlar dövlətə xəyanətə görə ölüm cəzası hökmünə səs veriblər.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Belarus parlamentinin aşağı palatasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının deputatları “Cinayət məsuliyyəti haqqında məcəllələrdə dəyişikliklər edilməsi haqqında” qanun layihəsini yekun oxunuşda qəbul ediblər.
Sənəd Respublika Şurası tərəfindən təsdiq edildikdən sonra imzalaması üçün ölkə prezidentinə gedəcək.
Qeyd edək ki, qanun layihəsində Cinayət Məcəlləsinin “Dövlətə xəyanət” maddəsinə ölüm cəzasının tətbiqi imkanını nəzərdə tutan dəyişikliklər dövlət vəzifəsini tutan vəzifəli şəxs, yaxud silahlı qüvvələrin üzvü statusunun aid olduğu şəxs tərəfindən dövlətə xəyanətə görə nəzərdə tutulur./modern.az