-
- 22-02-2023, 13:22
- 204
İranda 5,5 bal gücündə zəlzələ oldu
İranın Fars əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.
News24.az xəbər verir ki, Tehran Universitetinin Seysmologiya Mərkəzinin məlumatında yeraltı təkanların Dorz kəndində yerli vaxtla saat 04:41-də qeydə alındığı bildirilib.
Zəlzələnin episentri yerin 11 kilometr dərinliyində olub.
“Zəlzələnin baş verdiyi yerdən 20 kilometr məsafədə heç bir yaşayış məntəqəsi yoxdur. Bundan əlavə, 30 kənddə müayinələr aparılıb. Tələfatın olmadığı müəyyən edilib”, - deyə İranın Qızıl Aypara Axtarış və Qurulma Mərkəzinin baş direktorunun müavini Murtaza Muradipur deyib.
Hazırda zəlzələnin vurduğu ziyanın qiymətləndirilməsi işləri aparılır. /Haber Global/
Teymur MƏMMƏDOV