Şagird dərs vaxtı qadın müəllimi bıçaqlayıb öldürdü
    • 23-02-2023, 09:17
    • 106

Şagird dərs vaxtı qadın müəllimi bıçaqlayıb öldürdü

Fransada məktəbli müəllimi bıçaqlayaraq öldürüb.

News24.az xəbər verir ki, müəllim Sen-Jean-de-Luz kommunasının liseylərindən birində işləyib.

O, ispan dili dərsi zamanı qətlə yetirilib. 10-cu sinif şagirdi olan qatil saxlanılıb.

Fransa prezidenti Emmanuel Makron hadisə ilə bağlı açıqlama edib.

"Mən onun ailəsinin, həmkarlarının, tələbələrinin, həyatlarını gələcək nəsillərə biliyi ötürməyə həsr edən müəllimlərimizin ağrısını bölüşürəm. Xalq sizin tərəfinizdədir" - deyə Emmanuel Makron bildirib. /France Bleu/

Teymur MƏMMƏDOV