Makron jurnalistlərə müəllimi ilə yaşadığı sevgi münasibətindən DANIŞDI
    • 9-01-2023, 13:39
    • 174

Makron jurnalistlərə müəllimi ilə yaşadığı sevgi münasibətindən DANIŞDI

Fransa prezidenti Emmanuel Makron Parisdəki bir institutda 53 autizmli gənc jurnalistin qeyri-adi sualları ilə üzləşib. 

News24.az xəbər verir ki, Makrona gənc yaşlarında həyat yoldaşı ilə yaşadığı sevgi, var-dövləti, Ukrayna-Rusiya müharibəsi, eləcə də müxtəlif mövzularla bağlı suallar verilib.

45 yaşlı Fransa liderinə Adrien adlı jurnalistin sualı maraq doğurub. Makron peşəkar jurnalistlərin verməyə cəsarət etmədiyi sualları səmimi şəkildə cavablandırıb. Makron özündən 24 yaş böyük arvadı Bricitlə eşq macərası haqda bunları danışıb: "Məsələ nümunə olub-olmamaq deyil. Aşiq olduqda artıq seçim sənin deyil. O, əslində mənim müəllimim deyildi. O, dram (teatr) müəllimi idi".

Bu arada onun yanında əyləşən jurnalist Makrona üz tutaraq kinayəli tonda “sən hiyləgərsən” ifadəsini işlədib. Onun bu sözlərinə Makron da daxil olmaqla zalda olan hər kəs  gülüb.

Aynurə