Anası cinayət törədən azyaşlı sığınacağa yerləşdirildi
    • 23-02-2023, 16:04
    • 175

Anası cinayət törədən azyaşlı sığınacağa yerləşdirildi

Anası cinayət törədən azyaşlı sığınacağa yerləşdirilib.

News24.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova feysbuk səhifəsində paylaşım edib.

"Anası cinayət törətdiyi üçün, azyaşlı balamız sığınacağa yerləşdirildi. Atasının harda olması ilə bağlı təəssüf ki,məlumat yoxdur. Hazırda balamız sığınacağı gəzərək özünə yeni dostlar axtarır".