İranda naziri daşıyan helikopter qəzaya uğradı - FOTOLAR
    • 23-02-2023, 17:19
    • 140

İranda naziri daşıyan helikopter qəzaya uğradı - FOTOLAR

İranda idman naziri Seyid Həmid Səcadi Həzavini daşıyan helikopter Baft şəhəri yaxınlığında eniş edərkən yerə qəzaya uğrayıb.
 
News24.az IRNA agentliyinə istinadən xəbər verir ki, nəticədə bəzi sərnişinlər yaralanıb və tibb mərkəzlərinə aparılıb.
 
Şahidlər nazirin vəziyyətinin yaxşı olduğunu, onun və digərlərinin yüngül xəsarətlər alaraq xəstəxanaya aparıldığını deyiblər. Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.