-
- 24-02-2023, 14:37
- 377
Həyat yoldaşının keçmiş sevgilisini bıçaqladı: “Səhv etmişəm, çox peşmanam”
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşının keçmiş sevgilisini bıçaqlayan 1998-ci il təvəllüdlü Anar Nemətovun məhkəməsi başa çatıb.
News24.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Hüseyn Əkbərovun icraatına verilib.
Qeyd edək ki, Anar Nemətov 2022-ci ildə “Landau” məktəbində çalışan Mələk (şərti ad) adlı qızla ailə həyatı qurub. Bundan sonra qızın daha əvvəl münasibətdə olduğu Nicat adlı oğlan ona mesajlar yazmağa, zəng etməyə davam edib. Bundan xəbər tutan Anar həmin şəxsi görüşə çağırıb. Hər iki şəxs Nərimanov rayonu Həsənoğlu küçəsində görüşməyə razılıq veriblər. Görüş zamanı Nicatla Anar arasında mübahisə düşüb. Bu zaman Anar özü ilə gətirdiyi bıçaqla həyat yoldaşının keçmiş sevgilisinə zərbə endirib. Ağır xəsarət alan Nicat dərhal xəstəxanaya çatdırılıb və onun həyatı xilas edilib.
Məhkəmədə zərərçəkən şəxs qismində çıxış edən Nicat Bilalov Anardan şikayətçi olmadığını deyib və onun həbs edilməsini istəmədiyini qeyd edib:
“Anarla iki dəfə görüşmüşəm. Birinci görüşümüzdə ona demişdim ki, Mələk onu sevmir və həmin zaman Anar çox əsəbiləşdi. Bir daha arvadına zəng etməməyimi tələb etdi. Bundan sonra bir daha Mələyə nə sms yazmışam, nə də zəng etmişəm. Buna baxmayaraq 5 sentyabr 2022-ci il tarixdə Anar yenidən zəng etdi və telefonda əsəbi danışdıq. Hazırda Anarla barışmışam, bu hadisəyə görə onu günahkar saymıram. Düşünürəm ki, özüm səhvə yol verərək ailəli qadını narahat etmişəm və buna görə peşmançılıq çəkirəm. Son olaraq bildirirəm ki, ona qarşı heç bir şikayət və tələbim yoxdur. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edirəm”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Nemətiov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib.
O, 2 il müddətində şərti cəzaya məhkum edilib.
Taleh BAĞIROV