Karateçimiz qızıl medal qazandı
    • 25-02-2023, 12:20
    • 143

Karateçimiz qızıl medal qazandı

16-18 yaşlı gənclərdən ibarət Azərbaycan millisinin karateçisi Amin Yadigarlı Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində keçirilən Karate1 Youth League turnirinin qızıl medalını qazanıb.

Bu barədə News24.az-a Azərbaycan Karate Federasiyasından məlumat verilib.


55 kq çəki dərəcəsində çıxış edən gənc idmançı bütün rəqiblərindən güclü olaraq, yarışı qalib kimi tamamlayıb.
Ondan əvvəl Nicat Kərimli (75 kq) və Rumil Cəfərli (76 kq) gümüş medala layiq görülüb.


Qeyd edək ki, Karate1 Youth League turniri fevralın 26-da başa çatacaq.