Tramp İranı məhv etməklə hədələdi - FOTO
    • 26-06-2019, 11:41
    • 998

Tramp İranı məhv etməklə hədələdi - FOTO

ABŞ prezidenti Donald Tramp İranla bağlı sərt çıxış edib. 

News24.az xəbər verir ki, D.Tramp rəsmi "Twitter" hesabında İranın həqiqəti dərk etmədiyini və cahil açıqlamalar verdyini yazıb: "İran tərəfindən Amerikanın hər hansısa hədəfinə qarşı edilən hücumu böyük qüvvə ilə qarşılanacaq. Bəzi hallarda isə bu qüvvə məhvedici olacaq. Daha Con Kerri və Barak Obama yoxdur".

D.Tramp İran xalqının dövlət rəhbərliyinə görə əzab çəkdiyini deyib: "Gözəl İran xalqı səbəbsiz yerə əzab çəkir. Ölkə rəhbərliyi bütün pulları terrora və başqa şeylərə xərcləyir. ABŞ İranın istifadə etdiyi iki min amerikalının ölümünə səbəb olan və çoxlarının yaralandığı İED və EFP bombalarını unutmayıb".