18 yaşlı gənc Cim Kerrini üstələdi

18 yaşlı gənc Cim Kerrini üstələdi Dünya

18 yaşlı aktyor Meyson Temz ABŞ kino prokatında rekord müəyyənləşdirib.

News24.az "Pravda" nəşrinə istinadən xəbər verir ki, son bir il ərzində o, ABŞ kassa gəlirlərində ilk yerləri tutan üç filmdə birdən çəkilib.

Temz "Əjdahanı necə əhliləşdirmək olar"ın kino versiyasında, "Qara telefon 2" qorxulu filmində və "Səndən peşmanam" romantik komediyasında iştirak edib. 12 ay ərzində belə bir uğur onun üçün karyera sıçrayışı olub.

Əvvəllər belə bir nailiyyət Cim Kerriyə məxsus olub. 1994-cü ildə komediya ustası "Eys Ventura", "Axmaq və ondan da axmağı" və "Maska" filmlərinin triumfu ilə məşhurlaşıb.