473 bina, 14 məktəb, 34 yaralı Ərdoğanın köməkçisi açıqladı
    • 27-09-2019, 12:13
    • 749

473 bina, 14 məktəb, 34 yaralı Ərdoğanın köməkçisi açıqladı

Türkiyə prezidneti Rəcəb Tayyib Ərdoğanın köməkçisi Fuad Oktay İstanbulda baş verən zəlzələ barədə danışıb.

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, F.Oktay 5,8 bal gücündə olan zəlzələ zamanı xəsarət alanların və ziyan görən binaların sayını açıqlayıb: "Vətəndaşlarımızdan alınan məlumatların hamısı aidiyyəti qurumlar tərəfindən araşdırılıb və lazımi tədbirlər görülüb. 473 binanın qəzalı vəziyyətdə olduğu bildirilib. Divarda çatlar var. Binalar ətraflı araşdırılıb. 14 məktəbin araşdırılması ilə bağlı qərar verilib. Bu gün məktəblərdə tətil elan edilib. 

Zərərin qiymətləndirilməsi işləri nəticəsində, 34 vətəndaş təxliyə edilib. Yaralanan 34 vətəndaşdan 10-u müalicə altındadır, 24-ü isə xəstəxanadan buraxılıb.

Ən böyüyü 4,1 bal gücündə olan 188 təkan qeydə alınıb. Bölmələrimiz baş verə biləcək hadisələrə hazırdır".