Bomba partladı, BMT-nin sülhməramlısı öldü
    • 7-10-2019, 11:41
    • 612

Bomba partladı, BMT-nin sülhməramlısı öldü

Malinin şimalında, Kidal bölgəsində əlqəqayırma cihazının partlaması nəticəsində BMT-nin sülhməramlısı ölüb, daha üç nəfər isə yaralanıb.

News24.az xəbər verir ki, bu barədə BMT-nin rəsmi saytı məlumat yayıb. Ölən sülhməramlı şəxsin əslən Çaddan olduğu qeyd edilib.

BMT Baş katibi Antoni Guterres ölən şəxsin ailəsinə başsağlığı verib. Həmçinin, BMT-nin məlumatına görə, həmin gün naməlum şəxslər Mopti şəhərinin Bandiaqar bölgəsindəki müvəqqəti əməliyyat bazasına hücum ediblər. Həmin vaxt Toqodan olan sülhməramlı ağır yaralanıb.

Baş katib, Malinin səlahiyyətlilərini, eyni zamanda sülh sazişini imzalayan silahlı qrupları bu hücumların günahkarlarını tez bir zamanda məsuliyyətə cəlb edilmələri üçün hər cür səy göstərməyə çağırib".