Bağdadini əvəz edən tapıldı - YENİ LİDER ODUR
    • 28-10-2019, 12:34
    • 634

Bağdadini əvəz edən tapıldı - YENİ LİDER ODUR

İŞİD lideri Əbubəkr əl-Bağdadinin öldürülməsindən sonra terror təşkilatının yeni lideri bəlli olub. 

News24.az "Newsweek"-ə istinadən xəbər verir ki, terrorçuların yeni lideri Hacı Abdullah əl-Afari kimi də tanınan Abdullah Kardaşdır. Ona avqust ayında təşkilatın "müsəlman işləri" ni idarə etmək tapşırığı verilib. Bu açıqlamanı İslamçı xəbər agentliyi olan Amaq yayıb.

Əl-Afarinin mərhum lider Səddam Hüseynin rəhbərliyi altında xidmət etmiş keçmiş İraq hərbi zabitidir.

Adını açıqlanmayan regional kəşfiyyat rəsmisinin dediyinə görə, Bağdadi vəfat edənədək qruplaşma lideri kimi rolu artıq simvolik olub. O, əməliyyatlarda və ya qrupun gündəlik işlərinə qatılmayıb.