"ABŞ sizin yanınızdadır" Amerika İran etirazçılarını dəstəklədi
    • 17-11-2019, 12:27
    • 863

"ABŞ sizin yanınızdadır" Amerika İran etirazçılarını dəstəklədi

ABŞ İranda benzinin qiymətinin qalxması əleyhinə başlayan aksiyalara dəstək verib.


News24.az KİV-ə istinadən xəbər verir ki, ABŞ Xarici İşlər naziri Mayk Pompeo sosial şəbəkə paylaşımında bu sözlərlə dəstəkləyib:


“40 il davam edən tiranlıqdan sonra qürurlu İran xalqı hökumətin sui-istismarına səssiz qalmırlar. Biz də səssiz qalmayacağıq. İran xalqına mesajım var: ABŞ sizi eşidir. ABŞ sizi dəstəkləyir. ABŞ sizin yanınızdadır”.

Prezident Həsən Ruhani isə aksiyalarla bağlı açıqlamasında iqtisadi böhrana baxmayaraq, hökumətin benzinin qiymətinin qalxmasından hər hansı qazanc əldə etməyəcəyinə və bütün gəliri 60 milyon imkansız insana paylanacağını bildirib.


Qeyd edək ki, Tehranda nümayişlər zamanı ölkənin dini lideri Ayətullah Xamneyinin plakatının olduğu lövhələri yandırıblar.


Xuzistan vilayətində isə İranın Mərkəzi Bankı atəşə verilib.


Etirazçılar avtomobillərlə yollarda barrikada qurublar.