Trampla Ərdoğan telefonla danışdı
    • 29-02-2020, 01:50
    • 769

Trampla Ərdoğan telefonla danışdı

ABŞ Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon danışığı olub.

News24.az “Hürriyet”ə istinadən xəbər verir ki, prezidentlər ikitərəfli məsələlərlə yanaşı, İdlibdə baş verən son hadisələri müzakirə edib.

Ərdoğan türk əsgərlərini hədəf alan hücumu təşkil edənlərə lazımi cavab verildiyini, Türkiyənin İdlibdə Soçi razılaşması ilə müəyyən olunan sahənin rejim ünsürlərindən təmizlənməsi ilə bağlı qətiyyətini ifadə edib.

Liderlər idlib bölgəsində insan faciəsinin qarşısına keçmək üçün vaxt itirmədən əlavə addımların atılması barədə razılığa gəliblər.