Ərdoğanın bu gün 3 dövlət lideri ilə telefon danışığı OLUB
    • 26-04-2020, 00:01
    • 660

Ərdoğanın bu gün 3 dövlət lideri ilə telefon danışığı OLUB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün 3 dövlət lideri ilə telefon danışığı olub. 

News24.az xəbər verir ki, Ərdoğan Fələstinin dövlət başçısı Mahmud Abbas, Tunisin Milli Məclis sədri Rəşid əl-Qannuşi və Bolqarıstanın Baş naziri Boyko Borisovla telefonla danışıb. 

Liderlər ikitərəfli əlaqələr, regional məsələlərlə yanaşı, COVID-19 pandemiyası ilə mübarizədə əməkdaşlıq imkanlarını müzakirə ediblər. /apa.az