Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiyalar paketi son mərhələdədir – Zelenski

Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiyalar paketi son mərhələdədir – Zelenski Dünya

Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiyalar paketi son mərhələdədir.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen ilə telefon danışığının nəticələrinə əsasən bildirib.

“Avropa İttifaqı bizə çox kömək edir və yaxın gələcəkdə generatorlar və əlavə enerji avadanlıqları da tədarük ediləcək. Təşəkkür edirəm!”, - Zelenski qeyd edib.

Onun sözlərinə görə, diplomatik işlər və təhlükəsizlik zəmanəti sənədləri və bərpa planı üzərində iş də müzakirə edilib. (APA)