ABŞ məhkəməsindən Meta-ya milyardlıq cərimə
Dünya
ABŞ-nin Nyu-Meksiko ştatında məhkəmə "Facebook"un sahibi olan Meta şirkətini uşaqların təhlükəsizliyi ilə bağlı iddialar əsasında milyonlarla dollar cərimələyib.
News24.az xəbər verir ki, məhkəmənin qərarına əsasən, Meta 567 milyon dollar cərimə olunub. Santa Fe şəhərində şirkətə qarşı çıxarılan başqa bir qərarla birlikdə ümumi cərimənin məbləği təxminən 1 milyard dollara çatıb.
İddialara görə, Meta uşaqları cinsi xarakterli məzmuna və istismara yönləndirən alqoritmlər hazırlamaqda, həmçinin onların təhlükəsizliyini kifayət qədər qorumamaqda ittiham olunur.
Meta ittihamları qəbul etmədiyini bildirib və qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb.