ABŞ-də dəhşət: Keçmiş xəbər aparıcısı anasını bıçaqlayaraq öldürdü
Dünya
ABŞ-nin Kanzas ştatının Viçita şəhərində keçmiş televiziya aparıcısı Ancelinn Mok 80 yaşlı anası Anita Aversini bıçaqlayaraq öldürməkdə ittiham olunur.
News24.az xəbər verir ki, hadisə yerinə çağırılan polis qadını evin həyətində tapıb, lakin onun anasının ağır vəziyyətdə olduğu müəyyən edilib.
Polis evə daxil olduqda Anita Aversi yatağında hərəkətsiz vəziyyətdə, çoxlu qan içində aşkarlanıb. Onun bədənində çoxsaylı bıçaq yaraları müəyyən edilib. Qadın xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
İstintaq materiallarına görə, Ancelinn Mokun da bədənində kəsik izləri aşkar edilib. O, tibbi yardım aldıqdan sonra polis tərəfindən nəzarətə götürülüb. Hazırda hadisənin motivi araşdırılır, hüquq-mühafizə orqanları isə baş verənlərin dəqiq səbəblərini hələlik açıqlamayıblar.
Məlumata görə, Ancelinn Mok 2011–2015-ci illərdə Missuri ştatının Sent-Luis şəhərində yerləşən “Fox 2” telekanalında xəbər aparıcısı və müxbir kimi fəaliyyət göstərib.