ABŞ-da dəhşətli partlayış: yanğınsöndürən öldü

ABŞ-da dəhşətli partlayış: yanğınsöndürən öldü Dünya

ABŞ-ın Virciniya ştatında bir yanğınsöndürən ölüb, digərləri isə yaralanıb.

News24.az xəbər verir ki, bu barədə  “NBC” məlumat yayıb.

Partlayış nəticəsində yanğınsöndürən ölüb, daha 11 nəfər isə yaralanıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Ölən yanğınsöndürənin kimliyi bağlı heç bir məlumat yoxdur. Partlayış nəticəsində qonşu binalara da ziyan dəyib.

Hadisənin qaz sızmasını səbəbindən baş verməsi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Mehriban Mirzəzadə