ABŞ hərbi bazasına hücum - EDİLDİ - VİDEO

ABŞ hərbi bazasına hücum - EDİLDİ - VİDEO Dünya

İraqın Ənbar əyalətində ABŞ əsgərlərinin yerləşdiyi Ayn-əl-Əsəd aviabazası raket atəşinə tutulub.

News24.az xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik mənbələri məlumat yayıb.

Bildirilib ki, 2 ədəd Qrad raketi baza ətrafında açıq əraziyə düşüb.

Hücum zamanı dağıntı və tələfat yoxdur.

Qeyd edək ki, İsrail-Fələstin münaqişəsinin kəskinləşməsi fonunda son zamanlar ABŞ hərbi kontingentinin Suriyada yerləşdiyi bazalara hücumların sayı artıb.