ABŞ Konqresmenindən Putinə sərt sözlər: - "Ona inamım qalmayıb"
Dünya
“Dünya yanır, 20 ay əvvəl Rusiya Ukraynanı işğal etdi, 6 həftə əvvəl HƏMAS İsrailə qarşı amansız hücuma keçərək 1400 israillini qətlə yetirərək münaqişəni başlatdı”.
News24.az xəbər verir ki, bu barədə ABŞ konqresmeni Cim Kosta “Amerikanın səsi”nə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ və Avropa müttəfiqləri birləşməli və strateji plan hazırlamalıdırlar: “Ölkələri danışıqlar masası arxasına oturmağa, münaqişələrdən qaçmağa və fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə məcbur etməyə çalışmalıdırlar”.
O, Rusiyanın Cənubi Qafqazdakı rolu və təsirinə də toxunub.
“Mən Rusiyanın vicdanlı vasitəçi ola biləcəyini düşünmürəm. Rusiyaya inamımı itirmişəm”.
Ayşən