ABŞ və İsral müdafiə nazirləri danışdı

ABŞ və İsral müdafiə nazirləri danışdı Dünya

ABŞ-ın müdafiə naziri Lloyd Ostin və onun israilli həmkarı Yoav Qalant arasında telefon danışığı olub.

News24.az xəbər verir ki, bu barədə “The Times of İsrael” qəzeti məlumat yayıb.

Məlumata görə, danışıqlar zamanı Qəzza zolağında hərbi əməliyyatların gedişatını və regiondakı vəziyyəti müzakirə ediblər.

Bildirlir ki, tərəflər İsrail Müdafiə Qüvvələrinin Qəzzada aşağı intensivlikli əməliyyatlara keçməsi, zolağa humanitar yardımın paylanması və İordan çayının qərb sahilindəki qeyri-sabitlik kimi məsələlərə toxunublar.

Bundan əlavə, Qalant Pentaqonun rəhbərinə Livanla sərhəddə şiə Hizbullah təşkilatının silahlı birləşmələri ilə toqquşmaların intensivləşməsi ilə bağlı narahatlığını dilə gətirib.

Mehriban Mirzəzadə