Ağ Ev Konqresin Ukrayna siyasətini - TƏNQİD ETDİ

Ağ Ev Konqresin Ukrayna siyasətini - TƏNQİD ETDİ Dünya

“Konqresin Ukraynaya maliyyə yardımını razılaşdıra bilməməsi dünyanı təhlükə qarşısında qoyub”. 

News24.az-ın məlumatına görə, bu barədə Ağ Evin bəyanatında bildirilib.  

Vurğulanıb ki, yaranmış problem ölkəsinin də milli təhlükəsizliyinə təhdid yaradıb: 

“Prezidentin toxunduğu növbəti məsələ isə sərhədlərin təhlükəsizliyi ilə bağlı olub. Co Bayden hər iki partiyanın sərhəd siyasəti ilə bağlı ortaq fikirə gəldiyini xatırladıb. ABŞ prezidenti Konqresi milli təhlükəsizliyin möhkəmlənməsinə əlavə vəsait ayrılması ilə bağlı qanunvericilik təşəbbüsünü dəstəkləməyə çağırıb”. 

Qeyd edək ki, ötən gün ABŞ prezidenti konqresmenlərlə qanunverici orqanın Ukrayna məsələsindəki fəaliyyətsizliyini müzakirə edib.

Fərid Azəri