Aİ qoşun və hərbi texnikanın sürətli daşınması üçün yeni sistem yaradır

Aİ qoşun və hərbi texnikanın sürətli daşınması üçün yeni sistem yaradır Dünya

Avropa İttifaqı (Aİ) üzv ölkələrin ərazisi boyunca qoşun və hərbi texnikanın sürətli daşınması üçün yeni sistem yaradır.

Bu barədə Ukraynanın dezinformasiyaya qarşı mübarizə mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib.

Onun sözlərinə görə, Aİ birliyə daxil olan ölkələr arasında hərbi bölmələrin, zirehli texnikanın və silahların daşınma müddətini əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək xüsusi sistem tətbiq etməyi planlaşdırır. Bu sistem logistikanı, nəqliyyat infrastrukturunu, eləcə də hazırda qüvvələrin yerdəyişməsini ləngidən bürokratik prosedurları əhatə etməlidir.

Eyni zamanda bildirilib ki, layihə Aİ-nin ümumi müdafiə siyasətinin bir hissəsi olaraq şərq cinahının təhlükəsizliyini gücləndirməyə yönəlib.

Təşəbbüs üzv ölkələr arasında fəaliyyətlərin əlaqələndirilməsi və böhran vəziyyətlərində sürətli reaksiya vermək üçün vahid rəqəmsal mexanizmin yaradılmasını nəzərdə tutur.